““Şopoqolik”lər psixi xəstə elan edilsinlər” - Alimlərdən təklif

sopoqolikler-psixi-xeste-elan-edilsinler
Oxunma sayı: 2202

Almaniyada Hannover tibb məktəbinin mütəxəssisləri internetdə alış-veriş asılılığı olanları psixi xəstə kateqoriyasına daxil etməyi təklif ediblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalardan sonra məlum olub ki, “şopoqolik”lər artıq onlara lazım olmayan məhsulları belə almağa başladıqlarından onlarda həm maliyyə problemləri yaranır, həm də depressiv xəstəliklər başlayır. Bu həm də özünənəzarətin itirilməsi deməkdir. Həmçinin, araşdırmalar zamanı məlum olub ki, mağazalar da insanların psixi zəifiliyindən istifadə edərək çox asanlıqla varlanırlar.

Alış-veriş asılılığı daha çox gənc insanlarda müşahidə olunur. Müxtəlif ölkələrdə yaşlı insanların yalnız 5%-i bu asılılıqdan əziyyət çəkir.