Sosial şəbəkələrdə həyəcan yaradan çağırışla bağlı - Rəsmi açıqlama

sosial-sebekelerde-heyecan-yaradan-cagirisla-bagli
Oxunma sayı: 20580

Teleqram kanalında məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda Bakının bir sıra orta məktəblərinə və ticarət mərkəzlərinə silahlı basqın olacağı bildirilib.

Qruplaşmanın sosial şəbəkələrdə həyəcan yaradan çağırışı ilə bağlı DİN rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.