Şovi kurortundakı hadisədə ölənlərin sayı artdı

sovi-kurortundaki-hadisede-olenlerin-sayi-artdi
Oxunma sayı: 3504

Gürcüstanın Raça yüksək dağlıq bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda xilasedicilər itkin düşən daha 7 nəfəri axtarır.

Xatırladaq ki, Şovidə torpaq sürüşməsi avqustun 3-ü baş verib. Hadisə nəticəsində körpülər dağılıb, yollara ziyan dəyib. Avqustun 7-si ölkədə matəm günü elan edilib.

Qeyd edək ki, avqustun 6-da Tbilisi meri Kaxa Kaladze sürüşmə nəticəsində tamamilə dağıldığı üçün ölkədə Şovi kurortunun artıq mövcud olmadığını bildirib.