“Sprinter”lə yük maşını toqquşdu - 2 nəfər öldü

sprinterle-yuk-masini-toqqusdu
Oxunma sayı: 3340

Ağstafada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda, rayonun Köçüəsgər kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Mercedes Sprinter" markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb. Bir neçə nəfər isə xəsarət alaraq Ağstafa və Qazax rayon xəstəxanalarına çatdırılıb.

Qeyd edək ki qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax marşrutu üzrə işləyirmiş.