Stoltenberq bununla bağlı müttəfiqlərinə mesaj göndərdi

stoltenberq-bununla-bagli-muttefiqlerine-mesaj-gonderdi
Oxunma sayı: 1322

NATO-nun Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Stoltenberq “X”də bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı Ukraynanın təcili ehtiyacları və NATO-nun bu ölkəyə dəstəyi müzakirə olunub:

“Yardımın gecikməsi hər gün öz nəticələrini verir. Beləliklə, mənim müttəfiqlərə mesajım aydındır: Ukraynaya daha çox yardım göndərin. Biz, həmçinin bu cümə günü NATO-Ukrayna Şurasını çağırmağa razılaşdıq”.