Dekabrın 17-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdən öncə Süleyman Mikayılov Çeyildağ qəsəbəsinin şəhidlərinin - Şahin Bayram oğlu Qədirovun barelyefini və Səyavuş Əlimərdan oğlu Muradovun büstünü ziyarət edib, onların xatirəsini ehtiramla yad edib.
30-a yaxın Çeyildağ qəsəbə sakininin qəbul edildiyi görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də yer alıb.
Sakinlərdən 3 nəfər fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib, bəzi müraciətlər isə yerindəcə həll olunub.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun digər qəsəbələrdə də səyyar görüşləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər