Süleyman Soylu ilk dəfə 12 apreldəki istefasından danışdı

Süleyman Soylu ilk dəfə 12 apreldəki istefasından danışdı
Oxunma sayı: 2652

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilk dəfə aprelin 12-də verdiyi, aprelin 13-də isə geri götürdüyü  istefa qərarından danışıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, nazir istefasının pərdəarxası məqamlarını açıqlayıb:

“Mənimki daha çox məsuliyyət idi. İnsanlara yaxşı gördüyümüz işləri danışırıq, görə bilmədiklərimizi də söyləyirik. Mən bunu həmin dövrdə bir məsuliyyət olaraq gördüm. Hökumətin və Prezidentin üzərinə məsuliyyət qoymaq istəmədim.

Aldığımız hər qərarı risklə qəbul edirik. Minlərlə terror əleyhinə əməliyyat keçirdik. Allah qorusun, bu əməliyyatlarda 3-5 mülki vətəndaş ölsə, nə edəcəyik? Bizim nazirlik qılınc üzərində addımlanan bir yerdir. Bizim məsələmiz qərar verməkdir. Bədəlini ödəmək lazımdırsa, ödəyərik. Gündə 100 dənə qərar alıram. Mən verdiyim qərarın məsuliyyətini başqasının üzərinə yıxa bilmərəm ki… Sabah başqa şey də ola bilər. Bu gün getmə deyənlər sabah, bəlkə təşəkkür edəcək. Bizim işimiz riskli işdir. Buna belə baxmaq lazımdır.

Müvəffəqiyyət təkcə bizim deyil Prezident arxamızdan çəkilsin, görüm uğurlu ola bilirik? Bu, iradə məsələsidir. Hökumət də, Prezidentimiz də arxamızdadır. Bu iradəni ortaya qoymasaq, uğur qazana bilmərik”.

Xatırladaq ki, S.Soylu koronavirus epidemiyası səbəbindən 31 əyalətdə küçəyə çıxmaq qadağasının elan edilməsindən sonra marketlərdə yaranan izdihama görə istefa vermiş, ancaq Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən istefası qəbul edilməmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi