“Sülh müqaviləsini gələn ay imzalamağa hazırıq”

sulh-muqavilesini-gelen-ay-imzalamaga-haziriq
Oxunma sayı: 3761

“Ermənistan Azərbaycanla sülh müqaviləsini gələn ay ərzində imzalamağa hazırdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb. 

Bildirilir ki, Ermənistan sülh müqaviləsi ilə bağlı işlərin gələn ay ərzində başa çatdırılması və imzalanması üzərində konstruktiv və intensiv çalışmağa hazırdır.