Türkiyənin Muğla vilayətinin Yatağan rayonunda yerləşən 854 illik çinar ağacı dövlət tərəfindən qorunur.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurum paylaşım edib.
Nazir bildirib ki, Bozüyük qəsəbəsindəki bu çinarın yaşı 854 ildir.
Məlumata görə, Qanuni Sultan Süleyman 1522-ci ildə Rodos yürüşü zamanı ordusu ilə birlikdə bu ağacın kölgəsində düşərgə salıb.
Hündürlüyü 30 metr, gövdəsinin diametri isə 6 metr olan ağac tarixi hadisələrin şahidi kimi qiymətləndirilir.
Qeyd edək ki, Türkiyə üzrə qeydiyyata alınmış 10 509 abidə ağacı mühafizə olunur və onlara mütəmadi qulluq göstərilir.
Son xəbərlər
Son Xəbərlər