Sumqayıt yolunda yeni geridönmə hissə yaradıldı - Fotolar

sumqayit-yolunda-yeni-geridonme-hisse-yaradildi
Oxunma sayı: 4291

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədilə sözügedən avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Qeyd edək ki, yeni yol hissəsi bir istiqamətlidir və yalnız paytaxtda doğru geridönməni təmin edir.