Sumqayıtda liposaksiya etdirən qadın öldü

sumqayitda-liposaksiya-etdiren-qadin-oldu
Oxunma sayı: 7513

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

“Qafqazinfo” Report-a istinadən verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.