Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib.
“Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur”,- deyə məlumatda qeyd edilib.
***
Əldə etdiyimiz məlumata görə, azyaşlının valideynləri tapılıb və uşaq onlara təhvil verilib.

Son xəbərlər
Son Xəbərlər