Sumqayıt şəhərində zavodda partlayış baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub: “Göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub”.
Son xəbərlər
Son Xəbərlər