“ABŞ və Ukrayna sülh sazişini razılaşdırıblar”

abs-ve-ukrayna-sulh-sazisini-razilasdiriblar
Oxunma sayı: 1283

ABŞ administrasiyası və Kiyev nümayəndələri Rusiya-Ukrayna münaqişəsinin mümkün həll planını razılaşdırıblar.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Axios” portalı çıxış edib.

“Ukrayna ilə Trampın planının demək olar ki, bütün aspektlərini razılaşdıran Ağ Ev Rusiya rəhbərliyindən bu təklifə dəqiq cavab almaq istəyir”, - nəşr yazıb. 

Qeyd edək ki, daha əvvəl nəşr ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşnerin Parisdə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Prezident Vladimir Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyev ilə görüşdüyü barədə xəbər yaymışdı.