“Sumqayıt”dan yeni transfer

sumqayitdan-yeni-transfer
Oxunma sayı: 1551

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti oyunçu keçidini reallaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən komanda son mövsümü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edib.

Qeyd edək ki, Orxan Sadıqlı 2018/19 mövsümündə “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” və “Zirə”nin də uğurları üçün də çalışıb.