Suraxanıda 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib

suraxanida-20-yanvar-sehidlerinin-aile-uzvleri-ve-elillerle-gorus-kecirilib
Oxunma sayı: 1081

Dünən Suraxanı Rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib və onlara ərzaq yardımı göstərilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib.

Həmçinin qeyd edib ki, o dövrlərdə bütün çətinliklərə baxmayaraq, Moskvada yaşayan xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənlərə qarşı kəskin bəyanatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdı. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pisləyib.

RİH başçısı Əziz Əzizov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti sayəsində 20 Yanvar hadisələri iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğundan, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, eləcə də, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən söz açıb.