Suraxanıda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi - Foto

suraxanida-heyder-eliyev-ili-cercivesinde-tedbir-kecirildi
Oxunma sayı: 3202

Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ili” çərçivəsində “Xalqın adamı” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin direktoru Elza Orucova və V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev qonaqlara tədbirdə iştirakları üçün təşəkkürlərini bildirərək Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu vurğulayıblar.

Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Sevinc Ağayeva və YAP Suraxanı Rayon Təşkilatının nümayəndəsi Kürsüm Həsənova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayıblar.