“Suraxanı rayonunda 2025-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran məsələlər” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının, FHN 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və qəsəbə bələdiyyələrinin sədrləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tədbirin məqsədi haqqında məlumat verib. RİH başçısı bildirib ki, rayon üzrə mülki müdafiənin vəziyyəti, yaşayış sahələrində yanğınların baş vermə səbəblərinin öyrənilməsi, eləcə də söndürülməsi prosesində qarşıya çıxan problemlərin araşdırılması xüsusi əhəmiyyət daşıyır.
Bakı Regional Mərkəzinin rəisi, polkovnik Elnur Məhərrəmov çıxış edərək mülki müdafiə sisteminin daha da təkmilləşdirilməsi haqqında, yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, aidiyyəti qurumlara lazımi tövsiyələr verib.
Suraxanı rayonu üzrə fövqəladə hallar və Mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev “rayon üzrə Mülki müdafiənin vəziyyəti”, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Ramil Haqverdiyev “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 28 nomrəli Yangindan Muhafizə Bolmesinin rəisi, daxili xidmət mayoru Vahid Huseynov “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, Rayon Mənzil-Kommunal Təsərrüfatı Bitliyinin rəisi Mais Məmmədov “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, Rayon Enerji təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin baş mühəndisi Xəyal Seyfəddinov “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu Qəza Bərpa Xidmətinin rəisi Vasif Kəlbiyev “Rayonda qaz təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Rayon Polis İdarəsi İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru, polis kapitanı Tural Hacızadə “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili”, Suraxanı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bölməsinin böyük həkimi Kəmalə Tağıyeva isə “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxış ediblər.
Son xəbərlər
Son Xəbərlər