Suraxanıda növbəti küçələr asfaltlanır - Fotolar

suraxanida-novbeti-kuceler-asfaltlanir
Oxunma sayı: 980

Suraxanı rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 13-cü döngədə uzunluğu 650 metr olan yolda 3900 kv.m, 16-cı döngədə isə uzunluğu 1000 metr olan yolda 6000 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.