Suriya Türkiyəyə zərbə endirdi

suriya-turkiyeye-zerbe-endirdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Türkiyə mətbuatına və publika.az-a istinadən verdiyi xəbərə görə, Suriya ordusu ötən gün paytaxt Dəməşqətrafı rayonlarda üsyançıların gizləndiyi bölgələri bombalayıb. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, raket zərbələrinin hədəfi, əsasən, Kfar Suseh və Dərəyə rayonları olub. Sözügedən bölgələrdə azı 50 yaşayış məntəqəsinin dağıdıldığı bildirilir. Məlumata görə, Suriya ordusu dünənki əməliyyatlarında kasset tipli, yəni partladıqdan sonra qəlpələri şaxələnərək yenidən partlayan bombalardan istifadə edib. Döyüşlər zamanı üsyançılar beynəlxalq hava limanını ələ keçirməyə çalışıblar. Hazırda bölgədə mübarizənin davam etdiyi bildirilir.

Müxalifətin Yerli Kordinasiya Komitələri isə ötən gün ölkənin müxtəlif bölgələrində davam edən döyüşlərdə azı 25 nəfərin öldürüldüyünü qeyd edib.

Müxalifət nümayəndələri keçid hökumətinin parametrləri ilə bağlı razılığa gəlib. Ötən gün bu barədə açıqlama verən nümayəndələrdən biri Xalid Saleh hazırlanılan mexanizmdə hakmiyyətin dəyişilməsinin və müharibənin bütün aspetkərinin nəzərə alındığını bildirib.

"Bizim keçid hökumətinin təsis edilməsi üçün aydın mexanizmimiz var. Həmçinin, Suriyada Əsəd tərəfdarlarına qarşı fərqli mövqelərdə döyüşən üsyançıların bir araya gəlməsi üçün mexanizm hazırlamışıq. Eyni zamanda, ölkədə davam edən döyüşlərdən sui-istifadə edərək müharibə cinayətləri törədən insanların təqib edilməsi üçün komitə yaratmışıq", - deyə Salehi sözlərinin ifadə edib.

Bu arada, Türkiyənin Suriya ilə sərhəd bölgədə yerləşən Reyhanlı rayonuna 3 raket düşüb. Yaşayış məntəqəsi yaxınlığına düşən raket mərmiləri insan itkisinə səbəb olmasa da, bölgədə bir neçə binanın pəncərələri qırılıb. Türkiyə rəsmilərinin verdiyi məlumata görə, raketlərdən biri suriyalı köçkünlərin məskunlaşdığı çadır şəhərciyinin yanına düşüb. Lakin xoşbəxtlikdən heç kim xəsarət almayıb. Rəsmilər raketlərin Harəm rayonundan atıldığını ehtimal edirlər. Harəmdə ciddi döyüşlərin getdiyi bildirilir.