Suriyadan Türkiyəyə daha 5 raket atıldı - 3 ölü, 10 yaralı - Yenilənib

suriyadan-turkiyeye-daha-5-raket-atildi
Oxunma sayı: 5803

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərinə 5 raket atıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. 

Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağırdır. Əraziyə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, ötən gün də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaralanmışdı.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub: “Ölənlərin biri müəllim, digəri isə şagirddir. Daha 10 nəfər xəsarət alıb”.