Sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi - Video

surucu-sernisinleri-avtobusda-qoyub-taksi-ile-getdi
Oxunma sayı: 5852

Avtobus sürücüsü gecəyarı sərnişinləri yolda qoyub.

“Qafqazinfo” “Oxu.az”a istinadən xəbər verir ki, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü gecə saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb.

Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.

Sonra sürücü avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.

Həmin görüntüləri təqdim edirik: