Sürücülərin diqqətinə!

suruculerin-diqqetine
Oxunma sayı: 1521

Bu gündən Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işləri aparılır. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Yol Polisinin yaydığı məlumata görə, bununla əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb. 

Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər.