Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir.
“Qafqazinfo”nun məlumatına görə, artıq 5 gündür ki, profilaktik tədbirlər həyata keçirilir, sürücülərə xəbərdarlıqlar edilir və maarifləndirici-təbliğat işləri aparılır.
Bildirilib ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş İstiqlal küçəsi, şəhərdən çıxış isə 8 Noyabr küçəsi istiqamətində təşkil olunacaq.
Bununla yanaşı, qala divarlarının yaxınlığındakı yol və İstiqlal küçəsində yerləşən yol birtərəfli hərəkət üçün tənzimlənib.
Göstərilən xətt üzrə hərəkət etməyən sürücülər müvafiq qayda pozuntusuna görə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər