Tacikistanda güclü zəlzələ oldu

tacikistanda-guclu-zelzele-oldu
Oxunma sayı: 3190

Tacikistanda 5,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 2,8 min insanın yaşadığı Karakenj şəhərindən 44 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik ətraflı məlumat verilmir.