“Taliban” ABŞ əsgərlərini ən amansız qisasla hədələyir

taliban-abs-esgerlerini-en-amansiz-qisasla-hedeleyir-
Oxunma sayı: 645

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, “Taliban”çılar Qəndaharda 16 dinc sakini qətlə yetirən Amerika əsgərlərinin başlarını kəsəcəklərini vəd ediblər.
“İslamçı qüvvələr amerikalı hərbçi-heyvanlara bir daha xəbərdarlıq edir ki, mücahidlər onlardan qisaslarını alacaq və Allahın yardımı ilə sizin sadist əsgər-qatillərinizin başlarını kəsəcək”, - deyə “Taliban”çıların internetdə yayılan bəyanatında bildirilir.