“Taliban” inauqurasiyanın vaxtını və dəvət edilən ölkələri açıqladı

taliban-inauqurasiyanin-vaxtini-ve-devet-edilen-olkeleri-aciqladi
Oxunma sayı: 5052

Əfqanıstanın yeni keçid hökumətinin inauqurasiya mərasimi sentyabrın 11-də keçiriləcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə taliblərin nümayəndəsi açıqlama verib. O bildirib ki, inauqurasiya mərasiminə Rusiya, Türkiyə, Çin, Qətər, Pakistan və İran dəvət olunub.

Xatırladaq ki, taliblər yeni hökumətin tərkibini sentyabrın 7-də elan ediblər.

“Taliban” Əfqanıstan hökumətinin yeni tərkibini elan etdi