“Taliban” vurulan təyyarəyə görə məsuliyyəti üzərinə götürdü

“Taliban” vurulan təyyarəyə görə məsuliyyəti üzərinə götürdü
Oxunma sayı: 2020

“Taliban” radikal hərəkatı Əfqanıstanda ABŞ-a məxsus olduğu deyilən təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb.

“Qafqazinfo” “Arina News”a istinadən xəbər verir ki, təyyarə taliblərin nəzarət etdiyi Deh-Yak rayonunda qəzaya uğrayıb. Onlar vurulan təyyarənin ABŞ-a məxsus olduğunu bildiriblər.

“Assoşieyted Press” agentliyinin məlumatına görə, söhbət “Bombardier E-11A” təyyarəsindən gedir. ABŞ bu təyyarədən Əfqanıstanda radioelektron kəşfiyyat məqsədilə istifadə edir.

Qeyd edək ki, təyyarənin göyərtəsində əvvəlcə 83, daha sonra isə 110 nəfərin olduğu bildirilmişdi. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi