“Tarqovı”dakı fləşmoba görə bir nəfərə töhmət verildi, digərlərinə xəbərdarlıq edildi

tarqovidaki-flesmoba-gore-bir-nefere-tohmet-verildi-digerlerine-xeberdarliq-edildi
Oxunma sayı: 5245

Xəbər verdiyimiz kimi, mayın 29-da paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr Meydanı”nda  xüsusi karantin rejiminin qaydalarına zidd olaraq “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sözügedən tədbirin vaxtında qarşısı alınmamasına görə, Bakı şəhər İcra Hakimiyyətinin bir əməkdaşına töhmət verilib.

Belə ki, hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən şəhər icra hakimiyyəti strukturlarına və rayon icra hakimiyyətlərinə xüsusi karantin rejimi dövründə belə halların yolverilməməsi ilə bağlı ciddi tapşırıqlar verilib, bəzi əməkdaşlara ciddi xəbərdarlıq, şəhər icra hakimiyyətinin bir məsul işçisinə isə xüsusi karantin rejiminin pozulmasına yönəlik cəhdlərin qarşısının vaxtında alınmadığı üçün töhmət verilib.

Xatırladaq ki, ötən gün fləşmobun təşkilatçısı saxlanılaraq onun barəsində cinayət işi açılıb, 50 nəfər isə inzibati qaydada məsuliyyətə cəlb edilib.