Tatarıstana PUA ilə hücum edildi - Video

tataristana-pua-ile-hucum-edildi
Oxunma sayı: 3201

Tatarıstanın Alabuqa və Nijnekamsk şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Mətbuat xidməti yayıb.

Bildirilir ki, 2 PUA ilə “Alabuqa” xüsusi iqtisadi zonanın yataqxanasına hücum olunub. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.