Türk Dövlətləri Təşkilatı birliyin qurucu razılaşması olan 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı təbrik paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti sosial şəbəkədə paylaşım edib.
“Türk Dövlətləri Təşkilatının qurucu razılaşması olan Naxçıvan Bəyannaməsinin 14-cü ildönümü və bu münasibətlə elan edilən 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlığı Günümüz mübarək olsun! Biz birlikdə daha güclüyük!”, - deyə paylaşımda qeyd olunub.
Bildirilib ki, ortaq dil, ortaq tarix və ortaq mədəni irs zəminində yüksələn türk dövlətləri arasında çoxəsrlik qardaşlıq bağları 2009-cu ildən Təşkilat çərçivəsində ciddi şəkildə qurumsallaşdırılıb:
"Təşkilatımızın çətiri altında könüllü olaraq bir araya gələn türk dövlətləri siyasi, iqtisadi, mədəni və sosial sahələrdə hərtərəfli əməkdaşlığı təşviq edərək gələcəyə qətiyyətlə addımlayırlar... Bu gün biz ümumi yolçuluğumuzu və nailiyyətlərimizi birlikdə qeyd edirik. Təşkilat] gücünü “Türk dünyasına baxış – 2040” sənədindən alır.
Sizə barış, birlik və həmrəylik diləyərək ortaq ruhumuzun gücünün sübutu olan 3 Oktyabrı təbrik edirəm!”.