Təbii və texnogen hadisələr nəticəsində ölənlərin sayı açıqlandı

tebii-ve-texnogen-hadiseler-neticesinde-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 925

Ötən il respublika ərazisində 15 247 təbii və texnogen mənşəli hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2021-ci il üzrə illik hesabatında qeyd olunub.

Bildirilib ki, bu, 2020-ci il ilə müqayisədə, 467 hadisə və ya 3% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər isə təxliyə olunub.