Masallıda çağırışa gedən təcili tibbi yardım avtomobili aşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər TikTok platformasında yayılıb.
Məlumata görə, təcili tibbi yardım maşını Masallı Bioloji Təbabət Klinikasına məxsusdur.
Həmçinin oxuyun: Мать проиграла в онлайн-игре 10 тысяч, собранные для больного сына - Видео
Новый седан бренда CHERY стоимостью 29 900 AZN уже в Баку!
Məsələ ilə bağlı sözügedən klinikadan Oxu.Az-a bildirilib ki, hadisə dünən Masallıda qeydə alınıb: “Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı avtomobildə pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.
Həmin görüntüləri təqdim edirik:
***
DİN Masallıda baş verən yol qəzası barədə məlumat açıqlayıb.
Bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yol ayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub. “Mercedes” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib. Təcili tibbi yardım maşınının sürücüsü və daha iki tibb işçisi isə müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər