“Həkimlər” 30 ildən sonra bir arada - Fotolar

hekimler-30-ilden-sonra-bir-arada
Oxunma sayı: 941

Məşhur “Təcili yardım” serialının “həkimləri”nə həyat verən Corc Kluni və Noa Uayl 30 ildən sonra yenidən bir araya gəliblər.

“Qafqazinfo” “Hello Russia!” nəşrinə istinadən xəbər verir ki, tanınmış aktyorlar AARP mükafatlandırma mərasimində görüşüblər.

Mərasimdə Noa “Pitt” filmindəki, Corc isə “Jay Kelly”dəki roluna görə görə “Ən yaxşı aktyor” mükafatını qazanıblar.

Kluni həmkarını təbrik edərək onun haqqında xoş sözlər söyləyib: “O, indiyə qədər tanıdığım ən mehriban insandır. Biz tez bir zamanda çox yaxın dost olduq və bu günə qədər də beləyik. Onu dostum və həmkarım adlandırmaqdan qürur duyuram. Böyüyəndə Noa Uayl olmaq istəyirəm”.

Qeyd edək ki, 1994-2009-cu illərdə yayımlanan serialda C.Kluni Daq Ross, N.Uayl isə Con Karter obrazını canlandırıb.