“Tək günahım gözəl olmamağımdır” - Kişi olduğu deyilən qapıçı

tek-gunahim-gozel-olmamagimdir
Oxunma sayı: 4011

Kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudai yeni açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Z.Xudai iddiaları rədd edib.

"Mənim tək günahım gözəl olmamağımdır", - deyən qapıçı İranın Asiya Futbol Konfederasiyasına verdiyi cavabda cinsiyyətinin təsdiqləndiyini bildirib.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündə komandasına qələbə qazandırıb.

Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.

Həmçinin oxuyun: Kişi olduğu deyilən qapıçıdan - Açıqlama

İran qadınlar millisinin qapıçısı kişidir? - Video