Tələbə yataqxanası yandı

telebe-yataqxanasi-yandi
Oxunma sayı: 650

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda Təhsil Nazirliyinə məxsus doqquzmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 16 kv.m olan 1 otağın yanar konstruksiyaları və əşyalar yanıb. Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.