Telefonunuza gələn bu mesajlara aldanmayın! - Xəbərdarlıq

telefonunuza-gelen-bu-mesajlara-aldanmayin
Oxunma sayı: 8666

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər.

Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Xəbəri rus dilində oxuyun: Новый аэропорт в Баку – ВИДЕО

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.