Təltif edilənlərin 7-si qadındır - Siyahı

teltif-edilenlerin-7-si-qadindir
Oxunma sayı: 5604

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının Sərəncamı ilə təltif edilən DSX hərbçiləri arasında 7 qadın var.

Onlardan polkovnik Şərifova Maya Kərəm qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Polkovnik Muradova Pərvanə Şamil qızımayor Abbasova Xəyalə Kamil qızı isə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıblar.

Bundan başqa, 4 qadın hərbçi “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib:

Məmmədova Günay Xaliq qızı – mayor;

Dadaşova Gültac Vahid qızı – kapitan;

Fərhadova Yeganə Ziyad qızı – kapitan;

Əsgərova Sevda Rasif qızı – baş gizir.