Göygöldə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Elmar Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
***
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 27 yaşlı Elmar Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 28 yaşlı Təhmin Allahverdiyev saxlanılıb. Araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər