Ata-oğul dünya çempionu oldu - Fotolar

ata-ogul-dunya-cempionu-oldu
Oxunma sayı: 1069

Sərhədçi İdman Olimpiya Mərkəzinin baş giziri Orxan Heydərli və oğlu Əbülfəz Heydərli dünya çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, ata-oğul buna Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında nail olublar.

O.Heydərli karatenin şotokan növündə keçirilən yarışda +84 kq çəki dərəcəsində qızıl medalın sahibi olaraq 4-cü dəfə dünya çempionu olub. 

Ə.Heydərli isə 10-11 yaşlılar arasında keçirilən yarışda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.