Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.
Belə ki, iki maşının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.
Onlar 1977-ci il təvəllüdlü Zaur Tahirov, 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirovdur.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər