Goranboyda kişi bıçaqlandı - Saxlanılan var - Yenilənib

goranboyda-kisi-bicaqlandi
Oxunma sayı: 1041

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Belə ki, Pərvin Əsgərov bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onu mübahisə zamanı həmkəndlisinin bıçaqladığı iddia edilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

***

Aprelin 26-sı axşam saatlarında Goranboy rayon sakini 34 yaşlı Pərvin Əsgərova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı rayon sakini Muraz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Yunis Quliyev