Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Cavadxan qəsəbəsinin Avtozavod yoluna gedən ərazidə baş verib.
Belə ki, hərəkətdə olan “Hyundai”, “Opel” və “VAZ 2104” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1990-cı il təvəllüdlü Seymur İsmayılov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər