Ağdərədə mina partlayıb - Xəsarət alan var

agderede-mina-partlayib
Oxunma sayı: 886

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - məlumatda deyilir.

***

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan şəxs (kişi)  saat 14:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hal-hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.