Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız “Paolo d’Aloja” xatirə turnirində uğurlu çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.
Nurlan Paşayev - Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.





Son xəbərlər
Son Xəbərlər