Terim “Qalatasaray”ın prezidenti olmaq istəyir

terim-qalatasarayin-prezidenti-olmaq-isteyir
Oxunma sayı: 1711

“Qalatasaray”ın sabiq baş məşqçisi klubun prezidentliyinə namizədliyini verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Oda TV” məlumat yayıb.

Məlumata görə, İstanbulda ofis açan Terim artıq seçki hazırlıqlarına başlayıb.

Bildirilib ki, Fatih Terimin siyahısında Ahmet Yüce, Erdem Timur, “Qalatasaray”ın keçmiş vitse-prezidenti Rezan Epözdemir, iş adamı Bahattin Demirbilek və Ali Yüce olacaq.