“Tərtər işi” üzrə məhkum edilərək sonradan bəraət alan hərbçilərdən daha birinə təzminat ödəniləcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə bəraət almış əsgər İbrahimli Turan Marif oğlunun iddiasına baxılıb.
Nəsimi Rayon Məhkəməsi T.İbrahimliyə həbsdə keçirdiyi 5 ilin mənəvi ziyanına görə 99 min manat təzminat ödənilməsinə qərar verib.
İş üzrə cavabdeh Maliyyə Nazirliyidir. Vəsait nazirlikdən tutularaq iddiaçıya ödənilməlidir.
Qeyd edək ki, 2021-ci ildə “Tərtər işi”nin istintaqı təzələnib. Bundan sonra Baş prokurorun təqdimatı ilə dövlətə xəyanət və digər ittihamlarla məhkum edilən 19 nəfərin işi yenidən araşdırılıb. Yeni məhkəmə baxışı nəticəsində bir neçə hərbçiyə bəraət verilib.
Xəbəri rus dilində oxuyun: В Баку мужчина решил поучить 15-летнего сына вождению автобуса - ВИДЕО
Bəraət alanlardan biri 9 il azadlıqdan məhrum edilmiş Turan İbrahimli olub.
Sail Ağasəlim