Tərtərdə mina partladı - Üç nəfər öldü

terterde-mina-partladi
Oxunma sayı: 7361

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci il təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir.

Tank əleyhinə minanın partlayışı nəticəsində həlak olanlar RPS Energy Ltd. şirkəti ilə çalışanlar olub.

***

Baş Prokurorluq mina partlayışı ilə bağlı məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əlavə məlumat veriləcəkdir.

Emin Səfərov