Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

tibb-iscilerinin-emekhaqlarina-elavenin-muddeti-uzadildi
Oxunma sayı: 977

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl həmin müddət mayın 1-dək uzadılmışdı.