TikTok bu səbəbdən 2 milyon cərimələndi

tiktok-bu-sebebden-2-milyon-cerimelendi
Oxunma sayı: 1930

Moskva məhkəməsi “TikTok” sosial şəbəkəsini cərimələyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkənin LGBT məzmununu silməkdən imtina etməsi olub.

Bildirilib ki, Rusiya hökuməti “TikTok”dan kişilərin öpüşdüyü 4 videonu silməyi tələb edib.

Sosial şəbəkə isə həmin videoları silməyib. 

Məhkəmə sosial şəbəkəni Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsi ilə 2 milyon rubl cərimələyib.

 “TikTok” nümayəndəsi məhkəmədən cinayətin əhəmiyyətsizliyinə görə işə xitam verilməsini istəyib.